İsrail Rusiyadan aldığı silahları Ukraynaya göndərir

İsrail Rusiyadan aldığı silahları Ukraynaya göndərir

Sionist rejim mediaları ordu qüvvələrinin Suriya və Livandan qənimət götürdüyü hərbi təchizatı Ukraynaya göndərəcəyindən xəbər verib.

Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, İsrailin Kan telekanalı dünən axşam (21 yanvar) bir proqramda Tel Əvivin bu qərarının rəsmi Moskvanı hiddətləndirəcəyini deyib.

Qeyd edək ki, verilən məlumata görə, Ukraynanın səfiri Yevgeni Korniyçuk İsrail xarici işlər nazirinin müavini Şarren Haskel ilə görüşüb. Görüş zamanı səfir İsrail Müharibə Qüvvələri tərəfindən Livanda və ya başqa yerlərdə İsrailin düşmənlərindən ələ keçirilən Rusiya istehsalı silahların Ukraynaya verilməsi təklifinə görə nazir müavininə minnətdarlığını bildirib.

Bundan əvvəl Likud Partiyasının üzvü Amir Wittman noyabr ayında Hizbullah və Həmasdan əldə etidkləri Rusiya istehsalı olan silahların Ukraynaya göndərilməsinin yaxşı fikir olduğunu demişdi.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur