İsrail rejiminin təcavüzləri nəticəsində 21 yaşlı gənc şəhid oldu

QafqazTimes xəbər verir ki, “Fələstinin Maa” xəbər agentliyinin məlumatına görə, İsrail qüvvələri ötən gün səhər saatlarında (27 aprel çərşənbə) İordan çayının şimallnda yerləşən Cenin şəhərində yaşayan fələstinlilərə hücumlarını davam etdirərkən daha bir fələstinli gənci şəhid etmiş və üç nəfəri isə yaramışlar.

Məlumata görə, səhər saatlarında işğalçı qüvvələrin Cenin şəhəri və düşərgəsinə hücumu zamanı Bərqin qəsəbəsindən olan Əhməd Məhəmməd Lütfi Məsad adlı 21 yaşlı fələstinli şəhid olmuş, 3 nəfər isə yaralanmışdır.

Cenindəki İbn Sina xəstəxanasının direktoru Əbu Cuxə bildirib ki, bu gənc fələstinli başından güllə yarası alaraq həyatını itirib, daha üç fələstinli isə orta dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, bu gənc fələstinlinin şəhadəti elan olunan kimi xəstəxananın qarşısında yürüş başlamış və fələstinlilər şəhidin tabutunu Cenin küçələrində çiyinlərində daşıyaraq sionist rejimin cinayətlərini pisləyən şüarlar səsləndirmiş və şəhidin dəfn olunması üçün Bərqin şəhərinə doğru aparmışlar.

Related posts

Franklin: Yəhudilər…

Yəhudilər…

Yəmən: Amerikanın “Abraham” təyyarədaşıyan gəmisini vurduq