İsrail rejim ordusu dünyanın ən əxlaqsız ordusudur

İsrail rejim ordusu dünyanın ən əxlaqsız ordusudur

Livan Hizbullahının baş katibi Qəzzə zolağında məqsədlərə yetişənə qədər müqavimət dəstələrinə dəstək veriləcəyini vurğulayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Seyid Həsən Nəsrullah dünən gecə (9 iyul) deyib: Əl Əqsa Tufanı əməliyyatında Hizbullah müqavimətə dəstəyini ciddi şəkildə başladı və bütün cəbhələrimiz məqsədə yetişməyənə qədər irəliləyəcək, dəstək verəcək və geri çəkilməyəcəyik.

Nəsrullah əlavə edib: Livan müqavimətinin Qəzzə cəbhəsinə arxa çıxması ilə yanaşı İraq, Livan və Yəmən də fələstinlilərə dayaqdır və İranla Suriya isə siyasi dəstəklərini əsirgəmir. Amma bununla yanaşı bəzi ərəb və islam ölkələrinin bu məsələyə laqeydliyi də narahatlıq doğurur.

Hizbullahın baş katibi həmçinin bir neçə aydır Qəzzə zolağına humanitar yardımların çatdırılması, xəstəlik, qıtlıq və didərgin düşmüş qəzzəlilərin ağır şəraitini də diqqət mərkəzinə çəkərək vurğulayıb: Bu vəziyyətin belə davam etməsi nə dərəcədə məntinqlidir? İsrail rejim ordusu dünyanın ən əxlaqsız ordusudur.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib