İsrail futboldan uzaqlaşdırılır

Malayziya futbol azarkeşləri “İsrailə qırmızı vərəq göstər” kampaniyasına qoşularaq Fələstinə dəstəklərini bildirdilər.

Fələstini dəstəkləyən və İsrailə qarşı olan bu futbol kampaniyası indiyə qədər 30 müxtəlif ölkədə həyata keçirilib və 72 klubun azarkeşləri işğalçılara qırmızı vərəq göstərib.

“İsrailə qırmızı vərəq göstər” kampaniyası keçən ay Seltik azarkeşləri tərəfindən UEFA Çempionlar Liqasının pley-off oyununda Bayern Münhenə qarşı oyunda başladılıb və indi qlobal bir kampaniyaya çevrilib.

Osasuna, Paris Sen-Jermen, Alaves, Ayndhoven, Qalatasaray və Bodo Norveç azarkeşləri artıq bu kampaniyaya qoşulublar.

Əl-Cəzirə şəbəkəsi yazır ki, bu kampaniya Avropa stadionlarında inqilab yaradıb və İsrailin Qəzzədəki cinayətlərini futbol kamerası vasitəsilə aydın şəkildə göstərmək üçün bir fürsət yaradıb.

Qafqaztimes

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur