İsrail Qəzzadakı soyqırımı və İrana qarşı hücumlarına haqq qazandırmaq üçün YouTube-u reklamlarla doldurur: Hesabat

İsrail son bir ayda 45 milyon avropalıya göstərilən reklamlara on milyonlarla dollar xərcləyib

18 iyulda yayımlanan MintPress News araşdırmasına görə, İsrail hər gün milyonlarla dollar xərcləyərək YouTube platformasında genişmiqyaslı reklam kampaniyası həyata keçirir. Məqsəd – Avropa ictimaiyyətinin Qəzzadakı fələstinlilərə qarşı soyqırımı və son zamanlar İrana qarşı həyata keçirilən təxribat xarakterli hücumu dəstəkləməsini təmin etməkdir.

Araşdırma göstərir ki, İsrailin Hökumət Reklam Agentliyi son bir ayda beş dilə tərcümə olunmuş reklamlarla azı 45 milyon YouTube istifadəçisinə çatıb. Bu reklamlar Böyük Britaniya, Fransa, İtaliya, Almaniya və Yunanıstandakı izləyiciləri hədəf alaraq İsraili həm terror qurbanı, həm də “qlobal xeyir qüvvəsi” kimi təqdim edir.

Bir reklamda belə səslənir: “Mülkilərə raket atan fanatik bir [İran] rejimi və nüvə silahına doğru irəliləyir… Biz bu missiyanı xalqımız, insanlıq üçün tamamlayacağıq. İsrail nə lazımdırsa, onu edir.”

Başqa bir reklamda Avropaya İranın raket proqramı ilə bağlı təhlükə xəbərdarlığı edilir: “İran təxminən 4,000 kilometr mənzilli raketlər hazırlayır… bu da Avropanı birbaşa hədəfə çevirir,” – deyə qırmızı qanlı qrafiklər qitəni bürüyərkən göstərilir.

Digər reklamlarda isə emosional təsir vasitələri istifadə olunur – məsələn, İran raket atəşi altında körpəsi ilə birlikdə gizlənən analar təsvir olunur və iddia edilir ki, İran mülki şəxsləri hədəf alır, İsrail isə yalnız hərbi hədəflərə dəqiq zərbələr endirir.

Lakin MintPress bu reklamlardakı faktual yanlışlıqlara diqqət çəkir. İsrail hökuməti mülki itkilərdən qaçdığını iddia etsə də, 13 iyundan bəri İsrailin hücumları nəticəsində azı 935 iranlı öldürülüb. Cavab olaraq İrandan atılan raketlər isə yalnız 28 israillinin ölümünə səbəb olub.

Eyni zamanda İsrail Qəzzada xəstəxanaların 94 faizini ya dağıdıb, ya da zədələyib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sənədlərinə əsasən, İsrail qüvvələri tibb müəssisələrinə 697 hücum həyata keçirib.

UNICEF və digər humanitar təşkilatların məlumatına görə, İsrail qüvvələri 50,000-dən çox fələstinli uşağı ya öldürüb, ya da yaralayıb. 1,400-dən çox tibb işçisi həyatını itirib. Onlardan biri də, İsrailin nəzarətində işgəncə ilə öldürülən həkim Adnan əl-Burş olub.

İsrailin Qəzzaya humanitar yardım blokadası nəticəsində 66 fələstinli uşaq aclıqdan ölməsinə baxmayaraq, reklamlar bu ölkənin “dünyanın ən böyük humanitar əməliyyatlarından birini həyata keçirdiyini” iddia edir. İsrail Xarici İşlər Nazirliyinin hazırladığı bir tanıtım videosunda deyilir: “Əsl yardım budur. Gülümsəmələr yalan danışmaz. Amma HƏMAS danışar.”

Araşdırmada həmçinin Google-un – YouTube-un sahibi olan şirkətin – öz reklam qaydalarına əməl etmədiyi bildirilir. Halbuki bu qaydalar nifrət, zorakılıq və ayrı-seçkiliyi təşviq edən məzmunun qadağan edilməsini tələb edir.

MintPress-in sitat gətirdiyi bütün videolar Google-un “Reklam Şəffaflığı Mərkəzi”ndə İsrail hökuməti tərəfindən ödənişli məzmun kimi qeydiyyata alınıb.

Bu kampaniya, İsrailin çoxşaxəli ictimai diplomatiya strategiyasının yalnız bir hissəsidir. Xarici əlaqələrlə bağlı PR (ictimaiyyətlə əlaqə) büdcəsi 2,000 faizdən çox artırılıb və əlavə olaraq Xarici İşlər Nazirliyinə bu kimi təşəbbüslər üçün 150 milyon dollar ayrılıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib