İsrail polisi yəhudi gənci güllələyib

QafqazTimes.com İZ-ru-ya istinadən xəbər verir: İsrail polisi qətlə yetirdiyi gəncin ailəsinə 1,8 mln şekel (500 min dollar) kompensasiya vəd edib. Qətlə yetirilən yəhudi gənc Solomon Tekin ailəsi  Efiopiyadan gəlmiş yəhudilərdir. Hadisədən sonra yəhudilər hökumətin istefası tələb edilən aksiya keçirib. Aksiyalarda polis zorakılığına qarşı şüarlar səslənib. Hadisədən sonra İsrailə mühacirət statistikası sərt şəkildə aşağı düşüb.

Atəş açan polisin adını açıqlamayan məhkəmə bildirir ki, polis dayanmaq göstərişi verdiyi Solomanun başının üzərindən atəş açmalı idi. Amma gənc oğlan birbaşa hədəfə alınıb və hadisə yerində keçinib.

Related posts

Həcci əvəz edən əməl yoxdur

“Allahın izni olmayınca heç kəsə ölüm yoxdur” – video

Yalnız Allahın razılığı!