İsrail polisi Netanyahu’nun oğlunu ifadə üçün çağırdı

İsrail mediasının məlumatına görə, sionist rejimin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu polis tərəfindən qeyri-qanuni diplomatik pasportun verilməsi ilə bağlı izahat vermək üçün ifadəyə çağırılıb.

Polisin və Lahav 433 xüsusi bölməsinin apardığı gizli araşdırmalara əsasən, bu pasportlar səlahiyyəti olmayan şəxslərə verilib.

İsrail Xarici İşlər Nazirliyi Yair üçün diplomatik pasportun verilməsini “təhlükəsizlik məqsədli” və “rəsmi təsdiqli” adlandırıb, lakin bu işin gedişi Benyamin Netanyahunun siyasi mövqeyini zəiflədə bilər.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib