İsrail Ordusunun Livandakı əməliyyatı zamanı daha dörd hərbçi həlak olub

İsrail Ordusunun Livandakı əməliyyatı zamanı daha dörd hərbçi həlak olub

Əl Aləm telekanalının məlumatına əsasən, bu barədə sionost rejim müharibə qüvvələrinin mətbuat xidməti bu gün (27 oktyabr) məlumat yayıb.

Məlumata görə, onların hamısı “Alon” ehtiyat piyada briqadasında xidmət edib və Livanın cənubunda döyüşdə həlak olublar. Onlardan biri hərbi ravvin olub.

Həmin hadisə nəticəsində daha beş hərbçinin ağır yaralandığı və müalicə üçün təxliyə edildiyi bildirilib.

Xatırladaq ki, İsrail sentyabrın 23-də Livan müqavimətinə qarşı “Şimal oxları” əməliyyatına başlayıb və onun hərbi obyektlərinə kütləvi zərbələr endirir. Bəyan edilən məqsəd yəhudi dövlətinin şimal sərhəd bölgələrində on minlərlə sionisti işğal olunmuş Fələstində yaşaması üçün təhlükəsiz şəraitin yaradılmasıdır. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhədyanı bölgələrdə quru əməliyyatına başladığını elan edib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur