İsrail ordusu yenə Ceninə hücum etdi

İsrail ordusu ölkənin işğalı altında olan İordan çayının qərb sahilindəki Cenin şəhərinə hücüm edib. Hücum nəticəsində  8 fələstinli həyatını itirib. Bu haqda məlumatı Fələstin rəsmiləri açıqlayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, bu gün (18 aprel) işğalçı sionist rejim hərbçiləri Cenin düşərgəsindəki şəxsi yaşayış evlərinə hücum edərək odlu silahlardan atəş açmaqla onlara etiraz edən fələstinliləri güllələyiblər.

Fələstinlilərin sionistlərə qarşısıdurmasında 8 nəfər şəhid olub və 3 nəfəri həbs ediblər.

Sionsit rejim radiolarının məlumatına görə İsrail Ordusu baş verənləri “İslami Cihad təşkilatının hücum planlarının qarşısını almaq” tədbiri kimi müdafiə edib.

İsrail ordusu hərbçilərinin hücumu ilə eyni zamanda düşərgənin səmasında vertlyot uçuşları da həyata keçib.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir