İsrail ordusu: Qəzzədə müharibə məqsədlərinə nail olmaq mümkün deyil

Sionist rejimin hərbi radiosu xəbər verib ki, rejimin ordusu Qəzza zolağında müharibə məqsədlərinə çatmağın hazırda mümkün olmadığını kabinet rəhbərinə (siyasi rəhbərliyə) bildirib.
Qafqaz Times -ın məlumatına görə, sionist rejimin hərbi radiosu bu gün, bazar ertəsi günü yayımladığı xəbərdə qeyd edib ki, ordu Qəzza zolağında müharibə məqsədlərinin reallaşdırılmasının bu mərhələdə qeyri-mümkün olduğuna inanır.

Hesabatda bildirilir ki, ordu əvvəlcə israilli əsirlərin Qəzzadan geri qaytarılmasının vacib olduğunu düşünür.

Sionist rejim 21 ay əvvəl Qəzza zolağında vəhşi müharibəyə başlayıb, bölgədə soyqırım həyata keçirib və indiyə qədər bu ərazidə təxminən 60 min nəfəri şəhid edib.

Sionist rejim bu vəhşi müharibənin məqsədi kimi HƏMAS-ı məhv etməyi və israilli əsirləri Qəzzadan geri qaytarmağı göstərmişdi ki, bu məqsədlərin heç biri indiyədək reallaşmayıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib