İsrail ordusu 3 min Heridini xidmətə alacağını elan etdi

İsrail ordusu 3 min Heridini xidmətə alacağını elan etdi

Sionist rejim ordusu Qəzzə zolağı və Livan sərhədində çoxlu can itkisi verdiyi üçün 3 min Heridini hərbi xidmətə alacağından xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejim ordusu bu gün (9 iyul) 18-21 yaşlı radikal heridinin hərbi xidmətə çağırılacağı xəbərini verərkən elan edib ki, qüvvə çatışmazlığı səbəbindən bu qüvvəyə ciddi ehtiyacı var.

İsrael Hayom qəzetinin verdiyi məlumata görə, hərbi xidmətə çağırılacaq 3 min Herdi 50% 18-21 yaşlı şəxslərdir və İsrailin bugünkü böhranlı vəziyyətində onların da xidmətinə ehtiyacı var. Qalan 40% isə 21-24 , 10% isə 24-26 yaşlı gənclərdən ibarətdir.

İsrail mediaları gələn ilə qədər 4800 heridinin də hərbi xidmətə çağırılacağını elan edərək bu qərarın müharibə naziri Yoav Qallant tərəfindən imzalandığını vurğulayıb. Bu qərara əsasən, heridilərin məcburi xidmətə çağırılması prosesi bu ilin avqust ayından başlayacaq.

Qeyd edək ki, Yoav Qallant Knesset komissiyasında İsrailin 10 min hərbçiyə zəruri ehtiyacı olduğunu deyib və Qəzzə müharibəsindən bu günə kimi 761 hərbçisinin həlak olduğunu, 4 min nəfərinsə xidmətə yararsız halda yaralandığını qeyd edib. Onun fikrincə ölkənin bu vəziyyətində heridilərin əsgərliyə çağırılmaması heç də doğru deyil.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir