İsrail mitinq girdabındadır

İsrail mitinq girdabındadır

Minlərlə israilli baş nazir və onu müttəfiqlərinin işə yarasızlığı üzündən böhranlar yaşadıqlarını elan etmək üçün işğal olunmuş Fələstin torpaqları və paytaxt küçələrində mitinqlər keçirir.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, dünən gecə (7 sentyabr) saatlarında Tel Əviv küçələrində etirazçı mitinqçilər ümumi əmlakı yandırmaqla Benyamin Netanyahu siyasətlərinə öz etriazlarını bildiriblər.

Məlumata görə, etirazçılar dərhal Qəzzə müharibəsinin dayandırılması, atəşkəs və girov mübadiləsi razılaşmasının imzalanmasını tələb edirlər.

İsrail medialarının yazdığına görə yüzlərlə mülki şəxs fövqəladə hallar forması geyinərək Benyamin Netanyahu iqamətgahının 300 metrliyinə qədər yaxınlaşıb.

Haarets qəzetinin məlumatında deyilir ki, israillilər evdə oturmayıb, hamı küçələrə axışıb və gecəni etiraz mitinqlərində keçirir. Onlar tələbləri yerinə yetməyənə qədər etiraz səslərini kəsməyəcəklərini deyirlər.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur