İsrail mediası cümə günü bildirib ki, sionist rejimin İranın Dəməşqdəki konsulluğuna hücumda bu rejimin cinayətinə Tehranın reaksiyasından qorxması daha da güclənib.
ƏlAləm verdiyi məlumata əsasən, “İranın Suriyadakı konsulluğunun hədəfə alınmasına cavab verməklə hədələməsi İsrail rejiminin qorxudan iflic olmasına səbəb olub”.Bu, işğal altındakı Fələstindəki gərgin vəziyyətlə bağlı İsrail mediasının bugünkü xəbərlərinin bir hissəsidir.
Əl-Mayadeen şəbəkəsinə görə, bu media “İsrail ordusunun hazırlıq vəziyyətini yüksəldərək, səfər etmək istəyən hərbçilərin proqramlarının ləğv etməsinin vacib olduğunu bildirb.
Son günlər İsrail mediası İranın Dəməşqdəki konsulluğunun binasına hücum cinayətinə İranın reaksiyası və İran İslam Respublikasının bir sıra yüksək səviyyəli hərbi məsləhətçilərinin bu ölkədə şəhid olması ilə bağlı İsrail rejiminin artan narahatlığı ilə bağlı dəfələrlə xəbərlər dərc edib.
İsrail rejiminin Suriyanın paytaxtı Dəməşqdə törətdiyi bu cinayəgtdə, İslam İnqilabı Keşikçiləri Korpusunun Suriya və Livandakı Qüds Qüvvələrinin komandiri Sərdar Məhəmməd Rza Zahedi və onun köməkçisi Sərdar Məhəmməd Hadi Hacı Rəhimi və İranın bir neçə yüksək səviyyəli hərbi müşaviri şəhid edilib. Media mənbələrinin məlumatına görə, sionist rejim İranın cəzalandırıcı cavabından qorxaraq dünyadakı 28 siyasi ofisini bağlayıb. Bu rejim həmçinin mümkün hücumları dayandırmaq üçün Qlobal Mövqe Müəyyənetmə Sistemini (GPS) quraşdırıb və hərbçilərini yüksək hazırlıq vəziyyətə gətirib.
Bu telekanal həmçinin “İranın İsrailə birbaşa atəş açması qorxusunun ilk dəfə olduğunu” və “təhlükəsizlik mənbələrinin İranın bu reaksiyanı hər zamankindən daha çox göstərməkdə qərarlı olduğunu bildirir” xəbərini verib.
1 şərh
The Basic Principles Of buy injectable steroids. https://companyspage.com/story2308279/the-buy-injectable-steroids-diaries