İsrail mediası: Nəsrullah bizim təhdidlərimizdən qorxmur!

İsrail mediası: Nəsrullah bizim təhdidlərimizdən qorxmur!

Sionist rejim mediaları Livan Hizbullahı baş katibinin son çıxışına reaksiya verərək onun heç bir təhdiddən qorxmadığını etiraf edib.

Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejimin 12-ci kanalı bugünkü (18 iyul) proqramlarından birində Seyid Həsən Nəsrullahın rejim təhdidləri qarşısında Qəzzə müharibəsi başlandığından bəri ilk dəfə belə qətiyyətlə işğal olunmuş Fələstinin şimalında genişmiqyaslı döyüşlərə hazır olduğunu deməsini analiz edib.

12-ci kanal Nəsrullahın son çıxının çox narahatediciliyindən bəhs edərək 7 oktyabrdan bu günə kimi ilk dəfədir ki, belə bir mesaj aldığını da qeyd edib.

Kanal həmçinin Nəsrullahın sözləri ilə gördüyü işlərin üst-üstə düşdüyünü, boş yerə danışmadığını diqqət mərkəzinə çəkərək deyib: Biz dəfələrlə Nəsrullahın dilə gətirdiyi sözləri detalları ilə icra etdiyinin şahidi olmuşuq.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir