İsrail mediası iddia edib: Livan İsraillə gizli qaz müqaviləsi bağlayıb

QafqazTimes xəbər verir ki, İsrail mediası İsrailin baş naziri Naftali Bennetin kabineti ilə Livan hökuməti arasında qaz nəqli ilə bağlı gizli razılaşmanın imzalandığını bildirir. Adı çəkilən razılaşma İsrail qəzetlərinin vasitəsilə ictimaiyyətə açıqlanıb.
İsrail mətbuatının yazdığına görə, Bennet kabinetinin belə bir sazişi imzalaması üçün ən mühüm hədəflərindən biri də livanlılara İrandan yanacaq idxalına alternativ yaratmaq və Hizbullahın əsas hamisi olan İranı Livana yanacaq idxalı məsələsində kənarda saxlamaqdır.

Bu məsələ öz təsdiqini taparsa Livan hökumətinin mövcud şəraitdə necə İsrail tərəfinə etimad etməsi sual doğurur. Nəzərə alsaq ki, İsrail dəfələrlə Livan torpağına təcavüz etmiş və Livanın elm adamlarını terror etməklə həmişə bu ölkədə xoas yaratmağa çalışmışdır. Belə bir şəraitdə ölkənin yanacaq təlabatının ödənilməsində bu rejimə bel bağlamaq olarmı?

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri