İsrail mediası bir əsgərin yoxa çıxması barədə məlumat verib

Qafqaztimes xəbər verir ki, sionist media mənbələri bu gün (10 noyabr, çərşənbə) işğal olunmuş Fələstinin Əl-Araba bölgəsində bir İsrail əsgərinin itkin düşdüyünü bildirib.

Əl-Məyadin telekanalının saytı məlumat verib ki, Maer Yerusəlimi adlı sionist əsgər xidmət etdiyi hərbi bazanı tərk etdikdən sonra yoxa çıxmışdır. İsrail mediasının məlumatına görə, onu sonuncu dəfə “Eilat” yaxınlığında görüblər.

Sionist mediası həmçinin çoxlu sayda ordu və polis qüvvələrinin Əl-Araba bölgəsində itkin düşən əsgəri axtardığını bildirib.

Bundan əlavə dosial şəbəkə istifadəçiləri də bu əsgərin fotolarını yayaraq onun Əl-Araba bölgəsində yoxa çıxması barədə məlumat yaymışlar.

Yedioth Ahronoth qəzetinin müxbiri bildirib ki, mövcud məlumata görə, əsgər dünən axşam saatlarında Vadi Arabahdakı hərbi bazasını silahsız tərk edib və sonuncu dəfə Eilat bölgəsində görülüb.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib