İsrail mediası: Baydenin planı Netanyahunu bataqlıqdan çıxarmayacaq!

İsrail mediası: Baydenin planı Netanyahunu bataqlıqdan çıxarmayacaq!

İbridilli medialar ABŞ prezidentinin İsrail baş nazirinin düşdüyü bataqlıqdan çıxarmayacağından yazırlar.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən,  Valla News qəzeti analitik bir yazıda Co Baydenin ötən günlərdə Qəzzə müharibəsilə bağlı planının Benyamin Netanyahunu düşdüyü siyasi-hərbi dalandan çıxara bilməyəcəyindən xəbər verib.

Məlumata görə Co Bayden bu planla Netanyahunu dalandan çıxara biləcəyini düşünərək ona möcüzəvi çıxış yolu olduğunu sanırdı. Amma bu plan Yaxın Şərqdə keçərli olmadığı görünür. Çünki Netanyahunun girovları azad etməsi üçün böyük maneə olmasına baxmayaraq, Yaxın Şərqdə mövcud olan struktur buna icazə vermir.

ABŞ Konqresi önündə etiraza qaxmaq istəyən Kapalan sakinlərinin aksiyasını nəzərə alaraq nəzərini elan edən Valla News saytı yazır: Yaxşısı budur ki, biz məsələnin gedişatına ən pis prizmadan baxaq: Həmas tunellərində ən ağır şərtlərdə saxlanılan 125 girovun ailəsi hər an əzizlərinin cəsədlərinin gələcəyini yözləyir. Əksəriyyəti İsrail küçə-xiyabanlarında ahu-zarla gəzib dolaşan bu ailələr öz siyasi mənafeyi naminə hökumət başçılarının oyuncağına çevriliblər.

Məqalənin davamında deyilir: Bu gün Qəzzə müharibəsini prezident seçkilərində qalib gəlmək istəyən Co Bayden üçün bir növ fürsətə bənzəyir. Ona görə də Bayden humanitar yardım görüntüsü ilə Həyfaya hücumlara müxalifdir. Bütün bu səbəbləri nəzərə alaraq Baydenin planı yalnız özünə xeyir vermək üçündür və Netanyahunu düşdüyü quyudan çıxarmayacaq.

Related posts

Dünyada ABŞ və İsrailə nifrət artır… – Video

Əl Qəssam batalyonları sionist girovların ailəsinə videomesaj göndərdi

Məscidül Əqsada möhtəşəm cümə namazı qılındı