İsrail mediaları: ABŞ-ın minlərlə hərbi qüvvəsi Suriyadan çıxacaq

İsrail mediaları: ABŞ-ın minlərlə hərbi qüvvəsi Suriyadan çıxacaq

Sionist rejimin Kan televiziyası ABŞ prezidentinin minlərlə amerikalı hərbçini Suriyadan çıxarması barədə niyyətinindən xəbər verib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Kan telekanalı dünən axşamkı (28 yanvar) verilişlərindən birində elan edib: ABŞ hərbçilərinin Suriyadan çıxması İsrail üçün nigaranedici bir xəbərdir.

Məlumatda deyilir: Ağ Ev rəsmiləri Tel Əvivə bir sıra xəbərdarlıqlar göndərib və bu xəbərdarlıq İsrail rəsmilərininin ciddi nigarançılığına səbəb olub. Belə ki, ABŞ hərbçilərini Suriyadan çıxararsa, bu, İsrail ordusunun bu ölkədəki hərbi gücünü zəiflədə bilər.

Qeyd edək ki, Pentaqonun ötən dekabrda verdiyi statistik məlumata görə  ABŞ-ın Suriyada 2 min hərbçisi var.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur