İsrail: Livanlılar tezliklə əllərində İran bayrağı ilə qələbə bayramı keçirəcək

İsrail: Livanlılar tezliklə əllərində İran bayrağı ilə qələbə bayramı keçirəcək

Sionist rejimin siyasi analitiki İsrailin artıq İran üçün qurduğu tələyə özünün düşdüyünü və yaxın gələcəkdə Livan xalqının da əllərində İran bayrağı ilə qələbə bayramı keçirəcəyindən yazıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Maariv qəzetinin radikal eksperti Tsavi Yehzekili bu gün (25 noyabr) FM 103 radiosuna verdiyi müsahibədə etirazla deyib: Livanla atəşkəs razılaşması Donald Trampın hələ Ağ Evə daxil olmadığı bir zamanda baş tutur və bu çox təhlükəlidir.

Tsavi Yehzekili həmçinin hakimiyyətə müraciət edərək soruşub: Axı nə üçün biz Trampın hələ iş başına keçmədiyi bir halda Livanla atəşkəs razılaşmasını müzakirə etməliyik? Axı nə üçün Co Baydenin ruhunun üfürüldüyü bu razılaşmanı Hokşteyn vasitəsi ilə qəbul etməliyik?

Bu məsələyə taktiki prizmadan baxılmasını qeyd edən Yehzekili deyib: Siz indi BMT TŞ-nin 1701 saylı qətnaməsin xaricində bir razılaşmanı imzalamış olmursunuzmu? Təbii ki, siz buna “xeyr” deyə cavab verəcəksiniz. Amma əslində bu razılaşma “atəşkəs qarşılığında atəşkəs” xarakteri daşıyır və İsrailə heç bir xeyri olmayacaq.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir