İsrail kəşfiyyatı iki gənc fələstinlini tapmaqda aciz qalıb

QafqazTimes xəbər verir ki, ibrani dilli saytların məlumatlarına görə Qəzza zolağındakı fələstinli qruplar misirli vasitəçilərinə bildiriblər ki, bu qrupların liderlərinə qarşı hər hansı sui-qəsd cəhdi Təl-Əvivdəki Fələstin müqavimətinin birbaşa cavabı ilə qarşılanacaq.

Əl-Məyadin bundan öncə gərginliyin artmasının qarşısını almaq üçün vasitəçilərin Həmasla danışmasını xəbər vermişdi.

Sionist rejimin 14-cü kanalı da dolayısı ilə sionistlərin Qəzzə zolağına hücum qorxusuna işarə edərək deyib: “Hərbi nazir Qants da başda olmaqla təhlükəsizlik xidməti komandirlərinin əksəriyyəti Elad əməliyyatına cavab olaraq Qəzzaya qarşı təcili hərbi əməliyyatlara müxalifdirlər.”

Bu kanalın fikrincə, İsrailin hərbi naziri və digər təhlükəsizlik rəsmilərinin nöqteyi-nəzərindən belə bir addım tələsikdir və yalnız növbəti seçkilərdə Bennetin mövqelərini gücləndirmək məqsədi daşıyacaq.

İbranidilli şəbəkə daha sonra Qəzza zolağına qarşı hərbi əməliyyatlarla bağlı hakim koalisiyanın iki əsas müttəfiqi olan Baş nazir Naftali Bennett və Xarici İşlər Naziri Yair Lapid arasında fikir ayrılıqlarını ortaya qoyub.

Bu arada, Maariv xəbər agentliyi isə şənbə günü İsrail kəşfiyyat və təhlükəsizlik xidmətlərinin Elad əməliyyatını həyata keçirən iki fələstinli döyüşçüyə dair ipucu tapa bilməməsinə məlumat verib.

“42 saatlıq təqib” adlı hesabatda bildirilir: “Araşdirmalar göstərir ki, hər iki əməliyyatçı ərazidə gizlənməkdədirlər.”

Related posts

ABŞ dünyaya qarşı!

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya