İsrail İranın qısas alacağından qorxur

QafqazTimes xəbər verir ki, sionist mediası bazar günü verdiyi məlumata görə Təl-Əviv turizmlə bağlı xəbərdarlıq siyahısına daha çox ölkə əlavə etməyi planlaşdırır.

Ötən həftə İsrail Xarici İşlər Nazirliyi öz vətəndaşlarına İranın şəhid Səyyad Xudayinin qisasını almaq barədə təhdidlərinə görə Türkiyəyə səfər etmələri ilə bağlı xəbərdarlıq etmişdir.

Kanal 12 xəbər verib ki, rejim rəsmilərinin İranın təhdidləri ilə bağlı yaranan təhlükəsizlik narahatlığı səbəbindən Xarici İşlər Nazirliyi öz vətəndaşlarının daha çox ölkəyə səyahətinə qadağa qoyulması və səyahət xəbərdarlığı məsələsini araşdırır.

Rejimin 12-ci kanalı mənbə qeyd etmədən İranın yayda Şəhid Səyyad Xudayinin qisasını ala biləcəyindən yaranan narahatçılıq barədə qeyd edib. Hesabatda səyahət qadağalarının hansı ölkələrə şamil olacağı açıqlanmayıb.

Bu hesabat İsrail Milli Təhlükəsizlik Şurasının keçən ay Türkiyəyə səyahət xəbərdarlığına düzəliş etməsindən sonra yayılıb. Şura Türkiyə və ətraf ölkələrdə İrandan israillilər üçün ciddi təhlükənin olduğunu bildirib.

İnqilab Keşikçiləri Korpusunun baş komandanı Hüseyn Salami mayın 30-da Səyyad Xudayinin ailəsi ilə görüşdə deyib: “Bütün İran xalqı bu şəhidin qanının qisasını almaq istəyir. İnşallah onun qisasını düşmənlərdən alacağıq.”

Related posts

Sionist rejimin silahlarının 99%-ni Amerika və Almaniya təmin edir – ətraflı

Ənsarullah: Yəmən xalqı Fələstinə dəstəyi dayandırmayacaq

Sara Netanyahu mühakimə olunacaq!