İsrail İordaniya səfirini Məscidül Əqsaya buraxmdı

İordaniya krallığının Tel-Əvivdəki səfiri Ğəssan Əl-Məcalinin avtomobilinin Məscidül Əqsaya girişinə qadağa qoyulub.

Təsnim Xəbər Agentliyinin məlumatına əsasən, sionist reji ordusu İordaniya səfirinin icazə kartı olmadığı üçün girişinə qadağasını əsaslandırıb. Halbuki İordaniya krallığının Qüds şəhəri və Məscidül Əqsa üzərində idarəetmə məsuliyyəti daşıyır.

Məlumata əsasən, ötən həftə İsrailin təhlükəsizlik naziri  İtamar Ben-Qvin icazəsi olmadan beytül Müqəddəsə girdiyi halda rəsmi Tel-Əviv Krallıq səfirinə giriş qadağası tətbiq etməsi məntiqdən uzaq bir qərardır.

Bu xəbərin ardınca İsrailin İordaniyadakı səfiri Krallığının xarici işlər nazirliyinə çağırılaraq rəsmi nümayəndəliyin Məscidül Əqsaya giriş qadağasına etiraz edilib.

Xatırladaq ki, ötən həftə sionist rejim milli təhlükəsizlik naziri İtamar Ben Qvinin müqəddəs Qüdsə girişi Fələstində böyük gərginliyə səbəb olmuş, Çin, Yaponiya, İngiltərə, Fransa və Amerika kimi ölkələr bu məsələyə dair mövqelərini nümayiş etdirmişdilər.

Related posts

Hənzələ əməliyyatı: Sionist rejim tarixində ən böyük həkləmə

Sionist girovların Netanyahuya müraciəti davam edir

Sionistlərin əksəriyyəti girov mübadiləsi tələb edir