İsrail Həmasa təklif paketinin mətnini dərc edib

Sionist rejim mediaları girov mübadiləsi zəminində gedən danışıqlar üçün hazırladığı və Həmasın da qəbul etdiyini idda edən təklif paketinin mətnini dərc ediblər.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Yadiut Aharanut qəzeti dünənki (4 may) sayında yazıb: İsrail Həmasın girovluğunda olan 20 israilli hərbçi sağ qadın qarşılığında azadlıqdan əbədi məhrum olunmuş 20 fələstinlini mübadilə etməyə hazır olduğunu elan edib.

Aharanutun yazdığına görə, ehtimal üzrə Həmasın əlində 3 yaxud 5 hərbçi qadın var və ilkin mərhələdə azadlıqdan əbədi məhrum olan 60-100 fələstinli azad oluna bilər.

İlkin razılaşma olduğu təqdirdə bu proses 124 gün zaman tələb edir.

1-ci mərhələ

  1. 40 gün atəşkəs
  2. 33 israilli girovun azadlığı
  3. Təxminən 800 fələstinli əsirin azadlığı
  4. Qəzzə xalqının şimal bölgələrindəki evlərinə dönüşü

2-ci mərhələ

  1. 42 günlük atəşkəs rejimi
  2. Başda hərbçilər olmaqla qalan israilli əsirlərin azadlığı
  3. (Adları və neçə nəfər olduğu bəlli olmayan) fələstinli əsirlərin azad edilməsi

3-cü mərhələ

  1. 42 günlük atəşkəs rejimi
  2. İsrailli cəsədlərinin qaytarılması
  3. Bütün fələstinli şəhidlərin cəsədlərinin geri qaytarılması
  4. İsrail hərbi qüvvələrinin tamamilə Qəzzə zolağından geri çəkilməsi

İsrail medialarının yazdığına görə Tel Əviv təklif paketini təqdim edən ana qədər Qəzzədə müharibənin tamamilə dayandırılması barədə öhdəlik verməkdən çəkinib.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir