İsrail girovlarının ailəsi radikal nazirin istefasını tələb edir

Qəzzənin sionist sakinləri İsrailin radikal naziri Ben Qvirin istefasını tələb edir.

Əl Aləm telekanalının məlumatına əsasən, İsrailin İrana hücum iddiasını məzhəkəyə çevirdikdən sonra sionist girovların ailə üzvləri radikal nazir Ben Qvirin istefasını tələb ediblər.

Məlumata görə, İtamar Ben Qvir X sosial media hesabında İsrailin İrana hücum iddialı xəbərinə reaksiya olaraq “gülünc məzhəkə” yazıb. Bu isə girov ailələrinin kəskin etirazına səbəb olub.

Bundan əvvəl Əl Aləm telekanalının müxbiri bu gün səhər (19 aprel) İsfahanda İsrailə məxsus 3 mini dronun İran tərəfindən vurulduğu və bu şəhərdə vəziyyətin normal olması barədə məlumat vermişdi.

Bu məlumata görə İranda hər hansı bir aviazərbənin olması barədə xəbərləri təkzib etmişdi. Rəsmi Tehran da bu xəbərin həqiqətdən uzaq olması barədə məlumat vermişdi.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir