İsrail: Gecə gündüz İranla mübarizə aparırıq

QafqazTimes xəbər verir ki, ötən gecə Bəhreynə səfər edən sionist rejimin baş naziri Naftali Bennet bu ölkənin qəzetlərindən birinə verdiyi müsahibədə İrana qarşı ittihamlar səsləndirib.

İsrailin baş naziri Bəhreynin “Əl-Əyyam” qəzetinə verdiyi müsahibədə ölkə rəsmiləri ilə görüşdə bəzi məsələləri müzakirə edəcəyini və iqtisadiyyat, səhiyyə, turizm və təhlükəsizlik daxil olmaqla bütün sahələrdə ikitərəfli əlaqələri gücləndirəcəyini açıqlayıb.

O, daha sonra Təl-Əvivin bölgədəki addımlarına toxunmadan İranı regionda qeyri-sabitliyi yaymaqda və terrorçu adlandırdığı qrupları dəstəkləməkdə ittiham edib. İsrailin baş naziri deyib: “Biz İran və onun müttəfiqləri ilə gecə-gündüz mübarizə aparırıq.”

Bennett sanksiyaların ləğvinə toxunaraq deyib: “Prezident Bayden son 50 ildə İsrailin əsl dostu olub. O, bizim təhlükəsizlik ehtiyaclarımızın nə olduğunu başa düşür. Biz hesab edirik ki, İranla saziş imzalamaq strateji səhvdir, çünki bu saziş bu ölkəyə nüvə imkanlarını qoruyub saxlamağa və yüz milyardlarla dollar qazanmağa imkan verəcək.”

Related posts

Cəhənnəmin odunları

Nəsrullah: Düşmənə cavab vermək üçün konkret vaxt və məkandan danışmayacağam. Qəti xəbər sizin görəcəyiniz şeydir, eşidəcəyiniz deyil!

Pezeşkian: Bir olmadığımıza görə İsrail bu cinayətləri törətməyə cəsarət edir