Netanyahu hakimiyyətinə yaxın bir rəsmi İsraildə məhməkə islahatlarına qarşı etiraz aksiyalarının ABŞ tərəfindən maliyyələşdirildiyindən xəbər verib.
İSNA-nın “Times İsrael” qəzetinə istinadən verdiyi xəbərə əsasən, İsraildə baş verən etiraz aksiyalarının səbəbinin ABŞ olduğunu elan edərək yazıb: Bu aksiyalar milyonlarla dolların müqabilində həyata keçir.
Bu rəsmi daha sonra deyib: Sizcə etirazçıların nəqliyyat, şüar, plakat və bayraqlarının pulu haradan təmin olunur?! Bu bizim üçün aydın məsələdir ki, ABŞ etirazları maliyyələşdirir.
Təqribən 3-cü aydır ki, İsrail xalqı, xüsusilə də sionist qəsəbə sakinləri baş nazir Netanyahunun “məhkəmə islahatı” layihəsinin təsdiqlənməməsi üçün milyonluq etiraza qalxıb.
Ekspertlərin fikrincə İsrailin siyasi cəhətdən dalana dirənməsi ilə uzun illər qardaşlıq münasibətində olan Amerinkanı bu etirazlarda təqsirləndirməsi artıq heç bir çıxış yolunun olmaması deməkdir.