İsrail elə məhvolma toxumunu batinində gəzdirir

Livan Hizbullahı baş katibinin müavini son günlər İsrail rejimində baş verən daxili və xarici çaxnaşmalara işarə edərək deyib: Sionist rejim elə məhvolma toxumu ilə əkildiyi üçün daxili çaxnaşmalarla məhv olacaq.

İSNA İnformasiya Agentliyinin məlumatına əsasən, Şeyx Nəim Qasim tweeter hesabında yazıb: İşğalçı rejim məhvolma toxumunu öz batinində gəzdirir. Fələstin kimi möhkəm iradəli bir xalqın varlığı ilə çox çəkməz ki, məhv olar.

Şeyx Nəim Qasim həmçinin Quran ayəsindən sitat gətirərək deyib: Allahın yardımı ilə bu saxtakar rejim süqut edəcək.

Hizbullah rəsmisinin bu sözləri sionist İsrail rejim həm xarici siyasətlərində, həm də daxili korrupsiya və rüşvətxorluq faktlarını ört-basdır etmək istəyində aciz qaldığı üçün böhran yaşadığı bir zamana təsadüf edir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur