İsrail daxili işlər naziri: Müstəqil bir Fələstin dövləti əsla qurulmayacaq

Qafqaztimes xəbər verir ki, Ərəb əmirlikləri rəsmiləri ilə görüşmək üçün bazar ertəsi günü Əbu-Dabiyə səfər edən İsrail Daxili İşlər naziri Aylet Şaked, bir Əmirlik qəzetinə verdiyi müsahibədə, ölkəsinin iki dövlətli bir həllə qarşı çıxdığını vurğulayıb. O, deyib ki, hazırkı sionist rejimində müstəqil Fələstin dövlətinin qurulması ilə bağlı heç bir müzakirə olmayacaq.

Əslində İsrail baş nazirinin başçılıq etdiyi Yamina partiyasının ikinci rəsmisi olan sionist nazir, “Əbu -Dabi dünyanın ən təhlükəsiz şəhərlərindən biridir və əminəm ki, bir -birimizdən öyrənə bilərik”, deyib.

Müsahibənin başqa bir hissəsində, müstəqil bir Fələstin dövlətinin qurulmasının heç vaxt baş verməyəcəyini söyləyərək deyib: “İsrail hökuməti, istər hazırkı Baş nazir Naftali Bennetin dövründə, istərsə də Yair Lapidin rəhbərliyi altında Fələstin dövlətinin qurulmasını müzakirə etməyəcəkdir.”

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur