İsrail BMT-nin yük maşınlarına hücum edir

Sionist rejim hərbi dəniz qüvvələri BMT-nin Qəzzəyə humanitar yardım daşıyan yük maşınını hədəfə alıb.

İRNA-nın məlumatına əsasən, BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi UNRWA elan edərək İsrail hərbçilərinin hücumları və bombardmanlar nətizəsində humanitar yardımların Qəzzəyə çatdırılmasının imkansız olduğunu bildirib.

UNRWA -nın Bəyanatında deyilir: Qəzzə zolağının şimal bölgələri də daxil olmaqla humanitar yardımların oraya təhlükəsiz və davamlı girişi zərurət daşıyır.

Məlumatda həmçinin bu yük maşını zəruri ərzaq məhsullarının Qəzzəyə aparılması üçün hazırlıq işləri zamanı hücum edilib.

UNRWA -nın sədri Tomas Vayt hücumun bu gün səhər (5 fevral) vaxtı israil hərbçilərinin hədəfinə tuş gəldiyini, xoşbəxtlikdən can tələfatı olmadığını da qeyd edib.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir