İsrail aviasiyası Livanın şərqinə zərbələr endirib

İsrail aviasiyası Livanın şərqinə zərbələr endirib

İsrail döyüş təyyarələri Livanın şərqindəki Huş Tel Safiya qəsəbəsini hədəfə alıb.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, bu hücumda Bəəlbəkin Housh Tal Safiya qəsəbəsindəki yaşayış binası bir neçə raketlə hədəfə alınıb.

İsrail rejiminin Kanal 24 televiziyası Hizbullahın Bəqa bölgəsindəki hərbi hədəflərinin rejimin döyüş təyyarələri tərəfindən bombalandığını iddia edib.

Livan mediası hələ ki, bu hücumun hədəfləri və onun mümkün itki və tələfatlarını qeyd etməyib.

İsrail rejimi ilə Livan arasında beynəlxalq vasitəçiliklə əldə olunan atəşkəs dekabrın 27-si çərşənbə günü səhər saatlarında qüvvəyə minib.

Bu razılaşmanın həyata keçirilməsindən sonra İsrail ordusu Livanın cənubuna hücum edərək, vətəndaşları öldürmək və ya yaralamaqla livanlı qaçqınların ölkənin cənubundakı bəzi şəhər və kəndlərə qayıtmasının qarşısını alaraq atəşkəsi bir neçə dəfə pozub.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur