İsrail aktivistləri Qəzzə xalqının aclıq siyasətinə etiraz edir

İsrail aktivistləri Qəzzə xalqının aclıq siyasətinə etiraz edir

Sionist rejimin hüquq müdafiəçiləri İsrail hakimiyyətinin Qəzzə xalqına qarşı aclıq siyasətlərini bitirməsini tələb edirlər.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, İsrailli aktivistlər dünən axşam (24 aprel) etiraz aksiyası keçirərək ölkə hakimiyyətinin Qəzzə xalqına qarşı aclıq siyasətini pisləyiblər.

Məlumata görə, bu aksiya İsrailin “Atalar uşaq həbsinə qarşı” hüquq təşkilatı tərəfindən təşkil edilib. İştirakçılar əllərində boş qab-qacaq tutaraq İsrail rejiminin Qəzzada qəsdən aclıq yaratma siyasətinə etiraz ediblər.

Xatırladaq ki, İsrail ordusu 2 aydan artıqdır ki, Qəzza keçidlərini bağlayır və bu, əhalisinin aclığına səbəb olur.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur