İsrail: ABŞ-a ehtiramı qorumaqla taleyimizi əcnəbilərin ixtiyarına vermirik

Sionist rejimin maliyyə naziri Vaşinqtonun Fələstin Özünüidarə Təşkilatına maddi yardımları barədə münasibətini açıqlayarkən deib ki, Tel Əviv ABŞ-a hörməti qorumaq şərtilə rejimin taleyini əcnəbilərin ixtiyarına verməyəcək.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Bezazel Smotriç dünən (29 dekabr) Amerikanın FÖT-ə yardım göndərməsi barədə Tel Əvivə müraciətini qəbul etmədiklərini açıqlayaraq deyib: Başda ABŞ olmaqla müttəfiqlərimizə olan hörmətimiz dərindir. Çünki prezident Co Bayden İsrailin həqiqi dostudur. Amma biz taleyimizi xaricilərə həvalə edə bilmərik.

Qeyd edək ki, sionist baş nazir Benyamin Netanyahu ilə Co Baydein son telefon shbətində ABŞ prezidenti ondan İsrailin vergi büdcəsindən Fələstin Özünüidarə Təşkilatı üçün yardım ayırmasını istəyib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur