Etirazların güclənməsi və müxaliflərin Knesset binası qarşısına toplaşması nəticəsində İsrail parlamenti 2025-ci ilin büdcəsini təsdiqləyib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, sionist rejim parlamenti dünən (25 mart) Knesset üzvlərinin lehinə 66, əleyhinə 52 səslə 2025-ci ilin dövlət büdcəsini təsdiqləyib.
İsrail Knessetinin siyasi müxbiri Avraham Hassonun məlumatına görə, təxminən 15 saat davam edən büdcənin təsdiqi prosesi Netanyahunun koalisiya üzvləri arasında çox da etirazla qarşılaşmayıb.
Bununla belə, müxalifət üzvləri büdcəyə qarşı çıxmaqla yanaşı, İsrail Knessetinin spikeri Əmir Oxananın dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Netanyahunun siyasətinə etiraz olaraq, HƏMAS-ın saxladığı israilli məhbusların sayını ifadə edən “59” rəqəmi olan plakatlar qaldırıblar.