İsrail- əks miqrasiya təhlükəsi ilə üz-üzə

QafqazTimes xəbər verir ki, İbrani dilində çıxan Maariv qəzeti bir hesabatında İsraildəki solçu cərəyan və təşkilatların liderləri arasında əks miqrasiya və (işğal olunmuş Fələstindən) qəti şəkildə çıxmaq və ya ən azından bu barədə ciddi fikrə gəlmələrinə səbəb olan motivasiyalara toxunaraq, bunlara aydınlıq gətirməyə çalışıb.

İbranidilli medianın bildirdiyi səbəblər arasında işğal altında olan Fələstindəki gərgin iqtisadi vəziyyət, ağır sosial mühit və İsraildə hökm sürən bərabərsizlik əsas yer alıb.

Bu hesabatın bir hissəsində solçu cərəyana yaxın olan görkəmli şəxsiyyətlərin hər birinin müəyyən səbəblərdən sionizm ideyalarını rədd edərək dünyanın digər ölkələrində məskunlaşdıqları bildirilir.

Maarivin sözlərinə görə, bu gün bu motivlərə yeni bir səbəb də əlavə olunub ki, bu da yəhudiliyin tərifi ilə bağlı yaranan mübahisələrdir. Bu gün yəhudi adının kimə şamil olması ilə bağlı yaranan mübahisələr bir çox israillilər arasında ixtilaflı məsələ olaraq qalmaqdadır.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib