Son məlumatlara görə, İsrail müxtəlif istiqamətlərdən pilotsuz uçuş aparatlarının (PUA/dron) hücumlarına məruz qalıb. Dron hücumlarının bir neçə bölgəni hədəfə aldığı bildirilir. Hücumların hansı qruplar və ya ölkələr tərəfindən həyata keçirildiyinə dair hələlik rəsmi açıqlama verilməyib.