İsrailə dəstək, İrana sanksiya?!

QafqazTimes.com Alalam-a istinadən xəbər verir: Avropa üçlüyü – Fransa, Almaniya və İngiltərə İranın nüvə proqramı ilə bağlı bəyanat yayıb. MAQATE direktorlar şurasının iclasında səslənən bəyanatda üçlüyün Tehranın nüvə proqramının inkişafına görə narahatlığı ifadə edilir. 16 bəndlik bəyanatda öncə bu günlərdə İranda səfərdə olmuş MAQATE rəisi Rafael Qrossiyə təşəkkür bildirilir. Üçlük qeyd edir ki, İranın uranı 20 və 60 faiz zənginləşdirməsi ancaq hərbi məqsəd daşıyır. Bundan əlavə nüvə proqramının inkişaf etdirilməsinin İranla nüvə sazişini dəyərdən salması vurğulanır.

Əslində Nüvə sazişini məhz Amerika və Avropa dəyərdən salıb. İran yalnız sanksiyaların ləğvi şərti ilə 20 faizdən çox zənginləşdirməni dayandıracağını öhdəyə götürüb. Amma sanksiyalar davamlı şəkildə genişləndirilib. Tehran ABŞ sazişi tərk etdiyi, Avropa öz öhdəçiliklərinə əməl etmədiyi şəraitdə nə üçün ittiham olunur? Cavab birmənalıdır: ABŞ da, Avropa da, MAQATE də İsrailin sifarişini yerinə yetirir! Amma 70 ildir Fələstin torpaqlarını işğal edən, dünyada uşaq qatili kimi tanınan  İran deyil, İsraildir!

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir