İspaniyada faciə: İki sərnişin qatarı toqquşdu (Video izlə)

İspaniyada iki qatarın toqquşması nəticəsində 13 nəfər xəsarət alıb, iki nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə İspaniyanın yerli qəzetində məlumat yayılıb.

Qəza dekabrın 16-da saat 21:30-da (Bakı vaxtı ilə 21:30 – red.) Əndəlüsdə Malaqa və Sevilyanı birləşdirən ortamənzilli xətt üzrə El Çorro stansiyasında baş verib. Qatarlar yandan toqquşublar. Onlardan biri qismən relsdən çıxıb.

Ümumilikdə hər iki qatarda 253 sərnişin olub – bir qatarda 153, əks istiqamətdə gedən digər qatarda isə 100 nəfər olub.

Xəsarət alanlar arasında üç azyaşlı da var.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi