İsmayıl Həniyyə Seyid Həsən Nəsrullahla görüşüb

QafqazTimes xəbər verir ki, Livan Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullah və Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə Beyrutda görüşüblər.

Hizbullahın ictimaiyyətlə əlaqələr şöbəsinin bu gün (cümə axşamı) yaydığı bəyanatda bildirilir ki, tərəflər Fələstin, Livan və bölgədəki siyasi və ictimai hadisələr barədə müzakirələr aparıblar.

Bəyanatda deyilir ki, Seyid Həsən Nəsrullah Həniyyə ilə müqavimət xəttinin inkişafı, təhdidlər, problemlər və fürsətlər barədə danışıqlar aparmış və eyni zamanda, Qüds, İslami müqəddəslər və Fələstin məsələsi ilə bağlı olan əsas məqsədə xidmət etmək üçün müqavimətin bütün təbəqələri arasında əməkdaşlığın zəruriliyini vurğulamışdır.

Qeyd edək ki, Fələstin İslami Müqavimət Hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə bu yaxınlarda yüksək səviyyəli nümayəndə heyəti ilə birlikdə Livana səfər edib. SƏMA xəbər saytı bundan öncə Həniyyənin prezident Mişel Aun, baş nazir Nəcib Mikati və Livan parlamentinin sədri Nəbih Berri ilə də görüşməsinin planlaşdırıldığını bildirmişdi.

Fələstin saytı həmçinin əlavə edib: “Həmas nümayəndə heyətinin Livana səfəri sionist gəmisinin mübahisəli qaz yataqlarında fəaliyyət göstərməsindən sonra bu ölkə ilə sionist rejim arasında gərginliyin artması ilə eyni vaxta təsadüf edib.”

Həniyyə bu həftə çərşənbə günü Livanın baş müftisi Şeyx Əbdül Lətif Dəryan ilə də görüşüb. HƏMAS-ın siyasi bürosunun rəhbəri görüşdə onun Qüds və Fələstin məsələsi ilə bağlı daxildə və xaricdəki rolunu və mövqelərini yüksək qiymətləndirib.

Həmas lideri Livanda uğurlu seçkilərin keçirilməsi münasibətilə təbrik edərək, bu ölkənin təbii ehtiyatlarından, o cümlədən qazdan istifadə hüquqları ilə bağlı Livanla tam həmrəy olduğunu vurğulayıb.

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)