İsmayıl Həniyyə: İsrail təcavüzkarlığını dayandırmadığı təqdirdə müqavimətin cavabı daha da şiddətlənəcəkdir

Qafqaztimes xəbər verir ki, Həmasın siyasi bürosunun rəhbəri, işğalçı rejimin fələstinlilərə hücumlarını davam etdirdiyi təqdirdə müqavimətin də hücumlarının artacağını söyləyib.

Çərşənbə axşamı Əl-Cəzair telekanalına verdiyi müsahibədə İsmayıl Həniyyə deyib: “Qüds məsələsi Həmas rəsmiləri ilə bölgədəki müxtəlif tərəflər arasında olan əsas dialoq mövzusudur. Bütün tərəflər işğalçı rejimin Qüdsdəki hərəkətlərini dayandırmağın lazım olduğu mövzusunda eyni fikirdədirlər.”

Həniyyə, sionist rejimin Qüdsə və Qəzzaya təcavüzünü dərhal dayandırmağının lazım olduğunu vurğulayaraq deyib: “Müqavimət ordusu Qüds, Qəzza zolağı və işğalçı rejimin bütün bölgələrdəki cinayətlərinə cavab verəcəkdir.”

Həmasın siyasi bürosunun rəhbəri həmçinin qeyd edib: “Sionist rejimi Qəzzaya hücumu zamanı yaşayış binalarını dağıdır və mülki şəxsləri öldürür.”

İsmayıl Həniyyə müqavimətin işğal olunmuş ərazilərin müxtəlif bölgələrinə etdiyi ağır raket hücumlarına işarə edərək belə əlavə edib:”İşğalçı rejim bizdən yeniliklər müşahidə etdi və onlar hücumlarına davam etmək istəsə, bizim də hücumlarımız çoxalacaqdır.”

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq