İsmayıl Həniyyə: HƏMAS-ın İranla əlaqələri Fələstin müqavimətinə güclü dəstəkdir

اسماعيل هنيه نخست وزير فلسطين در غزه

Qafqaztimes xəbər verir ki, Fələstinin Səfa xəbər agentliyinin verdiyi məlumata görə, Fələstin Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə Əlcəzair prezidenti Əbdülməcid Tabunun Fələstin məsələsinə dəstək mövqeyini yüksək qiymətləndirib və Əlcəzairin qəti, birmənalı mövqeyinin və “Biz sionist rejimlə hər hansı razılaşmanın əleyhinəyik; İstər siyasi sahədə olsun, istərsə də təhlükəsizlik”, deməsi Fələstin xalqına və müqavimətinə ən böyük dəstək olduğunu bildirib.

HƏMAS-ın siyasi bürosunun rəhbəri vurğulayıb: Biz inanırıq ki, normallaşma Fələstin xalqının kürəyinə sancılmış zəhərli xəncər və sionist rejimin bölgədə qüdrət tapması üçün bir fürsətdir. İşğalçı rejimlə münasibətlərin normallaşdırılması ilə öz legitimliyini möhkəmləndirəcəyini və ya nüfuz dairəsini artıracağını düşünən hər dövlət yanılır. Çünki ümumən normallaşma şərdir və bu, yalnız sionist rejimin xeyrinədir”.

Fələstin Müqavimət Hərəkatının siyasi ofisinin rəhbəri vurğulayıb: HƏMAS-ın İranla əlaqələri Fələstin müqavimətinə dəstək verən güclü sütundur. Sionist düşmən hesab edir ki, mühasirə və təcavüz yolu ilə millətimizin iradəsini qıra bilər, lakin bu, xülyadan başqa bir şey deyildir.”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya