İsmail Həniyyə: TŞ qətnaməsi icra olunsun!

İsmail Həniyyə: TŞ qətnaməsi icra olunsun!

Həmas siyasi bürosunun rəhbəri BMT Təhlükəsizlik Şurasının Qəzzədə atəşkəs barədə qətnaməsinin dərhal icra edilməsini tələb edib.

Əl Aləm telekanalının məlumatına əsasən, İsmail Həniyyə bu gün (21 iyun) deyib: 7 oktyabrda baş verənlər sionist rejimi lərzəyə gətirdi və ABŞ-ın isə işğalçı rejimi xilas etmək üçün dərhal hərəkətə keçməsinə səbəb oldu.

İsmail Həniyyə həmçinin beynəlxalq aləmdə Fələstin məsələsinin prioritet olmasını vurğulayaraq deyib: TŞ qətnaməsi dərhal icraya qoyulması və Qəzzədə atəşkəs bərqərar olunmalıdır.

Xatırladaq ki, bir müddət öncə ABŞ prezidenti Co Baydenin Qəzzədə atəşkəs rejimi barədə təklifi istiqamətində TŞ 2735 saylı qətnamə təsdiqləyib.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir