İsmail Həniyyə: İşğalçıların müzakirələri təxirə salması dözülməzdir

Fələstin İslami Müqavimət Hərəkatı siyasi bürosunun baş katibi işğalçıların müzakirələri təxirə salmasının dözülməz olduğunu deyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İsmail Həniyyə dünən (26 fevral) Qətər əmiri Şeyx Təmim Bin Həməd Ali Sani ilə görüşündə atəşkəs barədə söhbət əsnasında vasitəçilər tərəfindən təqdim edilmiş layihələr əsasında müzakirəyə hazır olduğunu qeyd edərək deyib: Həmas kifayət qədər ciddi kompromislərə getsə də sionist işğalçıların müzakirələri təxirə saldığını düşünür və bizim güzəştlərimizin də bir zaman məhdudiyyəti var.

İ.Həniyyə həmçinin bu görüşdə Qəzzədə uşaq, qadın və sivil insanların qətliamının dayandırılmasını, əks təqdirdə səbir kasasının daşacağını qeyd edərək bildirib: İşğalçı sionistlərin bu cinayətləri tarix boyu müşahidə edilməyib. Onlar məzlum xalqın mühasirə vəziyyətindən çox pis istifadə edirlər. Elə bu cəhətdən də biz düşmənə müzakirələri təxirə salmaqla cinayətlərinə davam etdirməsinə göz yummayacaq və daha ciddi tədbirlər görmək məcburiyyətində qalacağıq.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

1 şərh

juventus sudadera Fevral 29, 2024 - 11:30 axşam

juventus sudadera

Add Comment