İslandiyada oyanmış vulkanın lavası artıq kosmosdan da göründü – FOTO

İslandiyada oyanmış vulkan o qədər lava püskürüb ki, artıq onu kosmosdan görmək olur.

Kadrlar Avropanın “Copernicus” Kosmik Agentliyinin “ENTINEL-2” peykləri tərəfindən qeydə alınıb.

Xatırladaq ki, İslandiyadakı vulkan ötən ilin sonunda görünməmiş seysmik aktivlik əlamətlərini göstərməyə başlayıb. İsti lavanın super sürətlə hərəkəti isə alimləri xüsusilə narahat edib.

Son püskürmə zamanı yerli hakimiyyət orqanları məşhur hidrotermal kurortları boşaltmalı olublar.

Bundan əvvəl İslandiyada lavanın qar sahələrini necə əhatə etdiyi barədə drondan çəkilmiş heyrətamiz görüntülər yayılıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi