“İslami Cihad”ın baş katibi Seyid Həsən Nəsrullahla görüşüb

QafqazTimes xəbər verir ki, Fələstin İslami Cihad hərakatının baş katibi Ziyad Ən-Nəxalə ötən gün (çərşənbə günü) Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahla görüşüb.

Livanın “Əl-Əhd” saytının xəbərinə görə, bu görüşdə Qəzza zolağı və İordan çayının qərb sahilində baş verən son hadisələr nəzərdən keçirilib və hər iki tərəf İsraillə son döyüşü müxtəlif cəhətlərdən dəyərləndiriblər.

Bu görüşün davamında Nəsrullah və Ən-Nəxalə regionda baş verən siyasi prosesləri və müqavimət qüvvələrinin növbəti mərhələdə gözlənilən rollarını müzakirə ediblər.

Qeyd edək ki, Avqustun 5-də sionist rejim qırıcıları Qəzza zolağındakı bölgələrə hücum etmiş və bu, Qəzza zolağındakı müqavimət qruplarının, xüsusilə də İslami Cihadın cavabı ilə müşayiət olunmuşdur. Nəhayət, üç günlük müharibədən sonra avqustun 7-də Misirin vasitəçiliyi ilə İslami Cihad hərəkatının şərtləri tam qəbul edilərək atəşkəs elan edilmişdir.

Qəzza hökumətinin informasiya ofisi Qəzza zolağına qarşı üç günlük müharibədə 45 fələstinlinin şəhid olduğunu, 360 nəfərin isə yaralandığını açıqlayıb.

İbrani mediası son müharibədə Fələstin İslami Cihad hərəkatı ilə döyüşün gündəlik xərcinin Qəzza zolağında yerləşən müqavimət qrupları ilə keçən ilki müharibənin gündəlik xərcindən çox olduğunu bildirib.

Related posts

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu