“İslami Cihad”ın 3 hərbçisi Suriya və Livan sərhədində şəhid olub

İsrail Hərbi Hava Qüvvələrinin Suriya-Livan sərhədinə endirdiyi zərbə nəticəsində Fələstin “İslami Cihad” Hərəkatının üzvü Fəras Qasim və daha 2 nəfər şəhid olub.

Əl Aləm telekanalının məlumatına əsasən, “İslami Cihad” Hərəkatı dünən (28 avqust) bəyanat yayaraq Əl Əqsa Tufanı əməliyyatının davamında müqavimətin aktiv üzvü Fəras Hüseyn Qasimin şəhid olduğunu elan edib.

“İslami Cihad”ın bəyanatında Əl Əqsa Tufanı əməliyyatı FƏləstinin bütün məqsədlərinə yetişənə qədər davam edəcəyi vurğulanıb.

Bundan əvvəl də sionist rejim ordusu səhra komanidir Fəras Hüseyn Qasimin Suriya-Livan sərhədində sionistlərin hədəfinə məruz qaldığı bildirilmişdi.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur