Fələstin İslami Cihad Təşkilatı siyasi bürosu sionist rejimin Suriyadakı cinayətlərinə reaksiya olaraq Livan, Suriya və Qəzzə zolağındakı hər hansı bir komandirinə qarşı terror ehtimalı barədə nota verib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, siyasi büronun üzvü Xalid Əl-Bətş bu gün (19 fevral) deyib: Suriya və digər ərəb ölkələrində işğalçı rejim qüvvələrinin koalisiya lehinə cəhdləri qəsbkar rejimin xeyrinədir və Suriya əleyhinə cəhdlərin təkrarı isə Dəməşq, Livan və Qəzzədəki komandirlərimizin terroru üçün bir hazırlıq kimi nəzərə çarpır. Elə bu səbəbdən də təşkilatın Əbu Məhəmməd Ucuri kimi təşkilat komandirlərinə qarşı terror faktı aşkarlanarsa, dərhal cavablandırılacaq.
Məlumata görə Əl-Bətş də öz növbəsində islam və ərəb ümmətini sionist planları qarşısına qətiyyətli mövqe tutmağa, tarix boyu göstərdikləri şücaəti saxlamağa və Qərb hiylələrinə qalib gəlmək üçün konstruktiv qərarlar qəbul etməyə çağırıb.
Qeyd edək ki, bu günlərdə sionist rejim qırıcı təyyarələrinin Dəməşqin cənubundakı bir binaya hücumundan sonra bir neçə nəfər şəhid olub və yaralanıb. Sana İnformasiya Agentliyi şəhidlərin sayının 5, yaralıların isə 15 nəfər olduğunu elan edib.