İslami Cihad sionist rejimi raketlə təhdid etdi

QafqazTimes xəbər verir ki, İsrailin “Kan” telekanalı Fələstin İslami Cihad hərəkatının bir neçə döyüşçünün terroruna cavab olaraq sionist rejimin mövqelərinə raket zərbəsi endirmək niyyətində olduğunu bildirib.

Əl-Qüds Əl-Ərəbi qəzeti çərşənbə axşamı Kan-a istinadən xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) Qəzza zolağında mövcud vəziyyəti nəzərə alaraq İslami Cihadın hücumunun qarşısını alıb.

Məlumata görə, Kan xəbərin digər hissəsində xəbərdarlıq edib ki, gələcəkdə İordan çayının qərb sahilində oxşar terror əməliyyatı baş verərsə, HƏMAS çox güman ki, İslami Cihadın əməliyyatını dayandırmayacaq.

İslami Cihad hərəkatının üzvü olan 3 fələstinli şənbə günü səhər Ceninin cənubundakı “Ərrabə” bölgəsində baş verən qarşıdurmada İsrail qüvvələri tərəfindən güllələnərək şəhid edilib. Qarşıdurmalarda həmçinin 4 sionist əsgər də yaralanıb. Sionist polisi terrorla bağlı verdiyi açıqlamada iddia edib: “İsrailin antiterror bölməsi ərazidə əməliyyat keçirərkən terror qruplaşması barədə məlumat daxil olub. Qrup hücuma hazırlaşırmış. Bu qrupun üzvlərini daşıyan avtomobil Cenin ilə Tülkərəm arasında saxlanılıb.”

Açıqlamada iddia edilib ki, İsrail polisi avtomobili saxlamağa çalışarkən üç nəfər onlara atəş açıb. Sionist qüvvələrin atəşindən sonra avtomobildə olan hər üç şəxs şəhid olub.

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))