İslami Cihad: Səudiyyə koalisiyasının Yəmənə qarşı amansız hücumları təcavüzkarların məğlubiyyətini göstərir

QafqazTimes xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatının Livandakı nümayəndəsi Ehsan Ətaya bəyan edib ki, bu hərəkat Yəmən xalqının və haqqın yanındadır və heç kimdən qorxmadan öz fikrini bildirir.

Ehsan Ətaya Əl-Əhd xəbər saytına deyib: “Ərəb ölkələrinin ABŞ hökuməti və sionist rejiminin əlində alətə çevrildiyini görməkdən çox təəssüflənirik. Əksər ərəb rejimləri artıq Fələstin məsələsini islam ümmətindən və ərəb dünyasından ayırıblar.”

O əlavə edib: “Ərəb rejimləri, hərbi təcavüzlə yanaşı, Fələstin məsələsini dəstəkləyən və ya işğalçı düşmənlə normallaşmağı rədd edənləri əsarət altına almaq və ABŞ-ın maraqları naminə İslam ümmətinə və onun sərvətlərinə regionda hakim olmağa çalışırlar.”

İslami Cihad Hərəkatının Livandakı nümayəndəsi ərəb rejimlərinin ABŞ-ın bölgədəki maraqlarına uyğun addımları ilə bağlı xəbərdarlıq edərək vurğulayıb: “Yəmən təcavüzkarlara qarşı müharibədə mütləq qalib gələcək. Düşmənin bu vəhşi hücumları isə onun bataqlığa qərq olduğunu və təcavüzkarların öz məqsədlərinə çata bilmədiyini göstərir.”

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)