İslami Cihad: Qüds münaqişənin mərkəzidir və tezliklə azad edilməlidir

QafqazTimes xəbər verir ki, Fələstin İslami Cihad hərəkatı çərşənbə axşamı, gələn cümə günü başlayacaq Ümumdünya Qüds Həftəsi münasibəti ilə işğal altındakı Qüdsün azad edilməli olduğunu və onun azadlığından əl götürməyəcəklərini vurğulayıb.

Əl-Əhd Xəbər Agentliyi yazır ki, İslami Cihad deyib: “Qüds Həftəsi Qüdsdə qələbə üçün səyləri gücləndirmək, onu himayə etmək üçün plan hazırlamaq, sakinlərin müqavimətini gücləndirmək və hər kəsi məsuliyyət qəbul etməyə çağırmaq üçün bir fürsətdir. Bu, nəticə etibarilə bütün Fələstinin azad edilməsi üçün göstərilən səylərdir.”

Fələstin hərəkatı Qüdsün haqla batil arasındakı savaşın mərkəzi olduğunu və ərəb və İslam xalqlarının bu mübarizədə öz rolunu oynayacaqlarını vurğulayıb. İslami Cihad həmçinin davamlı olaraq müqaviməti dəstəkləyəcəyinə təkid edib.

İslami Cihad qeyd edib ki, Qüds sakinləri terrorla mübarizədə israrlı olmaq və etnik təmizləmə siyasətlərinə qarşı çıxmaqla müqavimət dastanını yaradıblar.

Bu hərəkat həmçinin Qüds Qılıncı qələbəsini ərsəyə gətirən müqavimət qüvvələrinə və mücahidlərə təşəkkür edib və bildirirb ki, onların barmaqları hələ də Qüdsü və Fələstin torpağını müdafiə etmək üçün tətikdədir.

Related posts

Sionist rejimin silahlarının 99%-ni Amerika və Almaniya təmin edir – ətraflı

Ənsarullah: Yəmən xalqı Fələstinə dəstəyi dayandırmayacaq

Sara Netanyahu mühakimə olunacaq!