İslami Cihad: Qəzzə və Qərb sahilində silah istehsalı davam edir

Fələstin İslami Cihad Hərəkatı İordan çayı qərb sahilində işğalçılığa son qoymanın çətin iş və ağır xərclərinin olmasına baxmayaraq qələbə qazanacaqlarını elan edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Hərəkatın baş katibi Məhəmməd Əl Hindi dünən (25 iyul) deyib: Qəzzə və Qərb sahili və “Sərayal Qüds”də vəziyyətin əvvəlkinə nisbətən fərqliliyini nəzərə alaraq sionist rejimi geri çəkilməyə məcbur edəcəyik.

Əl Hindi deyib: Netanyahu xəyali qələbə tablosu düzəltməklə fələstinliləri qorxutmağa çalışdı. Amma onun bu tablosu Cenində məğlub edildi.

Hal-hazırda Fələstin xalqının hərbi potensiallarının gücləndiyinə işarə edən Əl Hindi daha sonra vurğulayıb: Xalq silah istehsal edir. İsraillə müharibə uzunmüddətli, xərclərinin çox olması və bir sıra digər problemləri bizim qələbəyə olan imanımızı sarsıltmayacaq.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur